Keçmiş səhiyyə naziri koronavirusdan öldü

Keçmiş səhiyyə naziri koronavirusdan öldü
  08 May 2020    Oxunub:2871
Yunanıstanın keçmiş Səhiyyə naziri, tanınmış kardioloq Dimitris Kremastinos koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Yunanıstanın hazırkı Səhiyyə naziri Vasilis Kikilias məlumat verib.

O bildirib ki, sabiq nazir bir neçə həftə əvvəl infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, bu gün 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Dimitris Kremastinos 1993-1996-cı illərdə Yunanıstanın Səhiyyə naziri vəzifəsində çalışıb, həmçinin deputat olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yunanıstan   Səhiyyə  





Xəbər lenti