Koçaryanın tərəfdarları onun azad olunmasını tələb edir

Koçaryanın tərəfdarları onun azad olunmasını tələb edir
  08 May 2020    Oxunub:3599
Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları məhkəmə binasının qarşısına toplaşaraq onun azad olunmasını tələb ediblər.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, bu gün birinci instansiya məhkəməsi hakim Anna Danibkyanın sədrliyi ilə sabiq baş nazirlərin Koçaryanın həbsdən azad edilməsinə şəxsi zəmanət verməsi barədə vəsatətə baxır.

Polis məhkəmə binası qarşısına toplaşan Koçaryan tərəfdarlarını sosial məsafəni qorumağa və sakitliyə riayət etməyə çağırıb.

Xatırladaq ki, Koçaryan 2008-ci il martın 1-də etirazların dağıdılmasında, konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Ermənistanın keçmiş prezidenti 2018-ci ildə iki dəfə, 25 iyun 2019-cu ildə isə üçüncü dəfə həbs edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koçaryan  





Xəbər lenti