Putin və Merkel bir-birini təbrik etdi

  08 May 2020    Oxunub : 2687
Putin və Merkel bir-birini təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel faşizm üzərində qələbənin 75 illik yubileyi münasibəti ilə bir-birilərini telefon vasitəsilə təbrik ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin və Merkel Rusiya ilə Almaniya üçün bu tarixin xüsusi simvolik məna daşıdığını qeyd ediblər. Onlar hər iki ölkədə nasist rejiminə qarşı fədakarlıqla mübarizə aparan alman vətənpərvərlərin heç vaxt unudulmayacağını dilə gətiriblər.

Telefon danışığın zamanı Putin və Merkel qarşılıqlı yardım göstərmək, yoluxmanın yayılmasına qarşı qurulmuş sıx əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını deyiblər.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   Almaniya