Körpüdən aşan “ZİL” qaz xəttini zədələdi

Körpüdən aşan “ZİL” qaz xəttini zədələdi
  08 May 2020    Oxunub:3138
Bu gün günorta saat 13:00 radələrində Şəki rayonunun Kiş kəndi yaxınlığında avtomobil qəzası baş verib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, qəza zamanı “ZİL” markalı yük avtomobili körpünün üzərindən aşıb və bu zaman ərazidən keçən 159 mm diametrində olan qaz xəttini də yararsız hala salıb.

Təhlükəsizlik tədbirləri olaraq minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Azvision.az


Teqlər: Qəza   Qaz  





Xəbər lenti