İspaniyada daha 229 nəfər koronavirusdan ölüb

İspaniyada daha 229 nəfər koronavirusdan ölüb
  08 May 2020    Oxunub:3995
İspaniyada bir gündə 229 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkədə koronavirus qurbanlarının sayı 26 min 299 nəfərə çatıb. Virusa yoluxma sayı isə 222 min 857 nəfər təşkil edir. Onlardan 131 min 148 nəfər sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti