"Geri çağırılan səfir evə necə gedəcək?" - Saakaşvili

 "Geri çağırılan səfir evə necə gedəcək?" -  Saakaşvili
  08 May 2020    Oxunub:4254
Ukraynanın İslahatlar üzrə İcraiyyə Komitəsinin rəhbəri təyin olunan Mixail Saakaşvili Gürcüstanın Xarici İşlər naziri David Zalkalianinin səfirin geri çağırılması ilə bağlı açıqlamasına münasibət bildirib.
Azvision.az xəbər verir ki, Saakaşvili "Facebook" səhifəsində açıqlama yayaraq, ölkələr arası hava nəqliyyatının olmadığı məqamda Gürcüstan səfirinin Ukraynadan vətənə necə geri dönəcəyi ilə maraqlanıb.

"Sadə bir sual verə bilərmi? Geri çağırılan bu səfir evə necə gedəcək?".

Saakaşvili bildirib ki, Gürcüstan xalqı heç bir hakimiyyətə Ukrayna ilə münasibətləri pisləşdirməyə imkan verməz.

"Ümumiyyətlə, Gürcüstan və Ukrayna arasında hər şeyin yaxşı və yaxın olacağını düşünürəm, ölkələrimiz arasında dostluq münasibətlərinin sadəcə başqa alternativi yoxdur",- deyə Saakaşvili qeyd edib.

Şahanə Rəhimli

Azvision.az


Teqlər: Saakaşvili  





Xəbər lenti