Tramp ÜST-ü “Çinin oyuncağı” adlandırdı

  08 May 2020    Oxunub : 2757
Tramp ÜST-ü “Çinin oyuncağı” adlandırdı
"Vaşinqton ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) vəsait ayırmağa davam edib-etməyəcəyinə dair tezliklə son qərarını verəcək".
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News"-a açıqlamasında bildirib.

"Bildiyiniz kimi biz onlara ildə təxminən 500 milyon dollar ödəyirik. Tezliklə bu mövzuda bir açıqlama verəcəyəm", - deyə Tramp təşkilatın "Çinin oyuncağı"na çevrildiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl ABŞ-ın ÜST-ə maliyyə yardımı ayırmaqdan imtina etdiyini bəyan etmişdi.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tramp   ABŞ   ÜST