Fransada koronavirusdan ölənlərin sayı 26 mini keçdi

Fransada koronavirusdan ölənlərin sayı 26 mini keçdi
  09 May 2020    Oxunub:3840
Fransada son sutka ərzində 243 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 26 min 230 nəfərə çatıb. Xəstəxanalarda 16 min 497, qocalar evlərində 9733 nəfərin ölümü rəsmi şəkildə təsdiqlənib. Hazırda 23 minə yaxın insan xəstəxanalarda müalicə alır.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti