Moskvada mindən çox insan koronavirusdan öldü

Moskvada mindən çox insan koronavirusdan öldü
  09 May 2020    Oxunub:3993
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 54 nəfər COVİD-19 infeksiyasından dünyasını dəyişib. Bununla da paytaxtda pandemiya qurbanlarının sayı 1010 nəfərə çatıb.

Rusiyada indiyədək 187 min 859 nəfər koronavirusa yoluxub, 1723 ölüm halı qeydə alınıb.

Azvision.az



Teqlər: Moskva   Koronavirus  





Xəbər lenti