Koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

Koronavirusa yoluxanların sayı 4 milyonu ötdü
  09 May 2020    Oxunub:3752
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 14 min 331 nəfərə çatıb.

Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 276 min 237 nəfərdir. İndiyədək 1 milyon 387 min 181 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, COVİD-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 212-dan çox ölkədə qeydə alınıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Covid-19  





Xəbər lenti