Almaniyada son sutkada 1251 yoluxma aşkarlandı

  09 May 2020    Oxunub : 2326
Almaniyada son sutkada 1251 yoluxma aşkarlandı
Almaniyada son sutkada 1251 nəfər koronavirusa (COVID-19) yoluxub, 103 xəstə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Robert Kox institutu məlumat yayıb.

Ötən müddət ərzində 168 551 nəfərdə koronavirus aşkar edilib, 7369 nəfər ölüb, xəstəlikdən sağalanların sayı 143 mini keçib.

Ən çox yoluxma halı Bavariya (44 169), Şimali Reyn-Vestfaliya (34 817) və Baden-Vürtemberq (33 105) bölgələrində aşkarlanıb. Berlində isə 6242 yoluxma qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Almaniya   Koronavirus