ABŞ vitse-prezidentinin sözçüsü koronavirusa yoluxub

ABŞ vitse-prezidentinin sözçüsü koronavirusa yoluxub
  09 May 2020    Oxunub:3059
ABŞ-ın vitse-prezidenti Mayk Pensin mətbuat katibi Keti Miller koronavirusa yoluxub.
Azvision.az “BBC”yə istinadən xəbər verir ki, onun “COVID-19” testi müsbət çıxıb.

Keti Miller Prezident Donald Trampın köməkçisi Stiven Millerin həyat yoldaşıdır.

Vitse-prezidentin köməkçisi koronavirusa yoluxmasını dini liderlərlə görüşmək üçün Ayova ştatına səfər edərkən təyyarədə öyrənib. Bundan sonra Mayk Pensin təyyarədə olan işçi heyətinin səfəri təxirə salınıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp respublikaçılarla Ağ Evdə görüşündə Pensin köməkçisinin virusa yoluxduğu barədə məlumat vermişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti