Gürcüstanda koronavirusa yoluxanların sayı 626-ya çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 626-ya çatıb
  09 May 2020    Oxunub:2856
Gürcüstanda koronavirusa 3 yeni yoluxma qeydə alınıb.
Azvision.az Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytına istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 626 nəfərə çatıb. İndiyədək 297 xəstə sağalıb, 10 nəfər ölüb.

Hazırda karantində 4702 nəfər saxlanılır, 459 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti