Trampın qızının şəxsi köməkçisində virus tapıldı

Trampın qızının şəxsi köməkçisində virus tapıldı
  09 May 2020    Oxunub:3844
ABŞ Prezidentinin qızı İvanka Trampın şəxsi köməkçisinə koronavirus diaqnozu qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, köməkçi iki aydır ki, məsafədən işləyir. O, yaxın günlər ərzində Prezidentin qızı ilə görüşməyib.

Qeyd edilib ki, İvanka Tramp və həyat yoldaşı Cared Kuşner də koronavirusla əlaqədar test veriblər. Onların test nəticələri mənfi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti