BMT-nin Baş katibi bütün ölkələri atəşi dayandırmağa çağırdı

BMT-nin Baş katibi bütün ölkələri atəşi dayandırmağa çağırdı
  09 May 2020    Oxunub:2979
BMT-nin Baş katibi Antonio Qutereş bir daha bütün dünya ölkələrini münaqişələri dayandırmağa və koronavirusla mübarizədə birləşməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Baş katib "RİA Novosti"yə müsahibəsində bildirib.

“Son 75 ildə üçüncü dünya müharibəsinin baş verməməsinə baxmayaraq, dünyanın bir çox yerində hələ də münaqişələr davam edir. Mart ayında ortaq düşmənimiz olan COVID-19-a qarşı birgə mübarizədə birləşmək üçün qlobal atəşkəsə dair çağırışım olub. COVID-19-un başa çatması üçün yenə də bütün ölkələri atəşkəsə əməl etməyə çağırıram", - deyə Baş katib vurğulayıb.

Qutereşin sözlərinə görə, atəşkəs çağırışı geniş reaksiya doğurub və yüzdən çox hökumət, regional təşkilatlar və dini liderlər tərəfindən dəstəklənib:

"Lakin etimadsızlıq səviyyəsi yüksək olaraq qalır, buna görə həyata keçirmək çətin olacaq. Biz hökumətlər və silahlı qruplar ilə razılığın effektiv atəşkəsə çevrilməsini təmin etmək üçün işləyirik. Ümid edirəm ki, Təhlükəsizlik Şurası birləşəcək və davamlı atəşkəsə, sülhə dəstək verəcək qərarlar qəbul edəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT   Atəşkəs  





Xəbər lenti