Rusiyada koronavirusa yoluxma sayı 200 minə çatır

Rusiyada koronavirusa yoluxma sayı 200 minə çatır
  09 May 2020    Oxunub:2988
Rusiyada son sutka ərzində 10 min 817 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə 85 bölgə üzrə ümumi yoluxma sayı 198 min 676-ya çatıb.

Son 24 saatda 104 nəfər koronavirusdan ölüb. Bununla da pandemiya qurbanlarının sayı 1827-yə yüksəlib. Bu günə kimi 31 min 916 xəstə sağalaraq evə buraxılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti