Ukraynada bir gündə 49 uşaq COVİD-19-a yoluxdu

Ukraynada bir gündə 49 uşaq COVİD-19-a yoluxdu
  09 May 2020    Oxunub:3572
Ukraynada son sutkada 515 yeni koronavirusa yoluxma halı qeydə alınıb, bununla da ölkədə ümumi yoluxma sayı 14 min 710-a yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov məlumat verib.

Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusdan 15 nəfər ölüb, ümumilikdə pandemiya qurbanlarının sayı 375 nəfərdir.

“Koronavirusa yeni yoluxmuş 515 nəfərdən 49-u uşaq, 96-sı tibb işçisidir. Sutka ərzində 203 xəstə sağalıb. Bu günə kimi virusa yoluxanlardan 2909 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb".

Qeyd edək ki, Ukraynada mayın 22-dək karantin elan edilib. Mayın 11-dən karantin rejiminin yumşaldılması tədbirlərinə başlanacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti