Argentina 9-cu iflasın astanasındadır

  09 May 2020    Oxunub : 2957
Argentina 9-cu iflasın astanasındadır
Argentina tarixində 9-cu dəfə iflas etməyə çox yaxındır.
Azvision.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Bildirilir ki, buna səbəb ölkənin borc aldığı Amerika fondlarının faiz ödənişlərinin 2023-cü ilə qədər təxirə salınma təklifini qəbul etməməsidir. Bu isə 65 milyard dollar xarici borcu olan Argentinanın 9-cu dəfə iflasla üzləşməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, Argentina borcunu ödəyə bilməzsə, 2001-ci ildə olduğu kimi dərin böhran yaşaya bilər.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Argentina   İflas   Borc