Erməni hərbçilər keçmiş deputatın qohumlarını güllələyib

Erməni hərbçilər keçmiş deputatın qohumlarını güllələyib
  09 May 2020    Oxunub:3513
Ermənistanın Tavuş bölgəsində silahlı insident olub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisəni Ermənistanın Müdafiə Nazirliyinin əməkdaşları törədib.

Belə ki, nazirliyin işçisi Sayad Nazaryanla birlikdə daha üç əməkdaş və 43 yaşlı İcevan sakini Edmon Edilyan Açacur kəndinin üç sakininə hücum ediblər. Həmin şəxlər 49 yaşlı Vaçik Kokobelyan, 29 yaşlı Sevad Kokobelyan və 19 yaşlı Yuri Kokobelyandır.

Məlumata görə, onlar sabiq deputat Xaçatur Kokobelyanın qohumlarıdır. Belə ki, V. Kokobelyan “ECO Fruit” MMC-nin şərikli sahibi, Ermənistan parlamentinin keçmiş deputatı Xaçatur Kokobelyanın oğlu S. Kokobelyan “Green House” MMC-nin direktoru, Y. Kokobelyan isə universitet tələbəsidir.

İcevan polisi və Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi Nazaryanın yanında olan digər hərbçilərin aşkarlanması, cinayət alətlərinin tapılması istiqamətində zəruri istintaq hərəkətləri aparır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İnsident   Deputat   Hərbçi  





Xəbər lenti