Britaniya səfirindən Qələbə Günü təbriki

  09 May 2020    Oxunub : 3334
Britaniya səfirindən Qələbə Günü təbriki
Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümündə biz Avropada xatırlayırıq ki, qələbə bir çox ölkələrin ortaq məqsədlə birlikdə çalışmalarının nəticəsidir.
Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də paylaşım edib.

Səfir vurğulayıb ki, bu əməkdaşlıq ruhu qlobal problemlərin həllində həmişəkindən daha vacibdir.

“Qələbə Gününüz mübarək!”, - deyə diplomat yazıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Britaniya   Səfir   Qələbə-Günü