İranda son sutkada koronavirusdan 48 nəfər ölüb

  09 May 2020    Oxunub : 2929
İranda son sutkada koronavirusdan 48 nəfər ölüb
İranda son sutka ərzində koronavirusdan (COVID-19) 48 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, virusa yoluxmadan ölənlərin ümumi sayı 6589-a çatıb.

1529 hal son sutkada olmaqla, indiyə kimi koronavirusa 106 min 220 nəfər yoluxub. Xəstəlikdən sağalanların sayı isə 85064 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Koronavirus