İspaniyada daha 179 nəfər virusun qurbanı oldu

İspaniyada daha 179 nəfər virusun qurbanı oldu
  09 May 2020    Oxunub:3555
Son bir gündə İspaniyada 179 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, virusdan vəfat edənlərin ümumi sayı 26 478-dir. İspaniya bu göstərici ilə ABŞ, İngiltərə və İtaliyadan sonra dünyada dördüncü yeri tutur.

Son sutkada 604 yeni yoluxma hadisəsi qeydə alınıb. Epidemiya başlayandan bəri aşkar edilmiş ümumi halların sayı 223 min 578-dir. Sutka ərzində 2804 nəfər olmaqla, 134 min xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  





Xəbər lenti