Bu ölkədə maskasız gəzənlər həbs olunur

Bu ölkədə maskasız gəzənlər həbs olunur
  09 May 2020    Oxunub:3394
Mərakeşdə koronavirusa (COVİD-19) yoluxanların sayı 5873-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyədək 2389 xəstə sağalıb, 186 nəfər dünyasını dəyişib. Yoluxma hallarının 26,92%-i Kasablanka-Settat bölgəsində aşkarlanıb.

Mərakeşdə mayın 20-dək fövqəladə vəziyyət rejimi qüvvədədir. Yaşayış yerlərini tərk edən insanlar üçün tibbi maskaların istifadəsi məcburidir. Əks halda, 30-137 dollar arasında cərimə, bir aydan üç aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mərakeş  





Xəbər lenti