ABŞ-da bir gündə 27 minə yaxın yoluxma qeydə alındı

ABŞ-da bir gündə 27 minə yaxın yoluxma qeydə alındı
  09 May 2020    Oxunub:4052
ABŞ-da son sutka ərzində koronavirusa 26 min 906 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saatda ABŞ-da COVID-19 xəstəsi olan 1518 nəfər ölüb. Bir gün əvvəl bu rəqəm 2231 olub.

Universitetin statistikasına əsasən, indiyədək ölkədə 1 milyon 283 min 929-dan çox insan koronavirusa yoluxub, 77 mindən çox xəstə həyatını itirib.

Qeyd edək ki, dünən yoluxma sayı 28 min 420 nəfər təşkil edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti