Rusiyada deputatlar üçün maska və əlcək məcburi oldu

 Rusiyada deputatlar üçün maska və əlcək məcburi oldu
  09 May 2020    Oxunub:3750
Rusiya Dövlət Dumasının deputatları iclaslara tibbi maska və əlcəkdə gedəcəklər.
Azvision.az "RİA Novosti"yə istinadla xəbər verir ki, Duma Şurası mayın 8-də keçirilən son iclasda bu barədə qərar qəbul edib.

"Dövlət Dumasının iclaslarında deputatların maska və əlcəklə iştirak etmələrinə dair qərar verilib. Bundan əlavə, Dövlət Dumasının aparatına deputatları fərdi qoruyucu vasitələrlə təmin etmək tapşırılıb”.

Qeyd edək ki, aprelin sonlarında Kommunist Partiyasından olan iki deputat - Leonid Kalaşnikov və Dmitri Novikovun koronavirusa yoluxduğu məlum olub. Kalaşnikov artıq xəstəxanadan buraxılıb və daha iki həftə evdə müalicə alacaq, Novikov isə hələ xəstəxanadadır, onun vəziyyəti sabitdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Deputat  





Xəbər lenti