Məxfi Xidmətin əməkdaşları koronavirusa yoluxdu

 Məxfi Xidmətin əməkdaşları koronavirusa yoluxdu
  09 May 2020    Oxunub:4131
ABŞ-ın Məxfi Xidmətinin 11 əməkdaşı yeni növ koronavirusa yoluxub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl xidmətin 23 əməkdaşı xəstəlikdən müalicə alaraq sağalıb, 60 nəfəri isə özünü təcrid edib.

Məxfi Xidmət üzvlərindən kimlərin yoluxması, onların prezident və ya vitse-prezidentlə əlaqə saxlamaları barədə heç nə deyilmir.

Xidmətin nümayəndəsi Justin Uilan koronavirusa yoluxanların dəqiq sayını açıqlamaqdan imtina edib.

"Pandemiya başlayandan etibarən Məxfi Xidmət ictimai təhlükəsizliklə məşğul olan bütün tərəfdaşlar, o cümlədən Ağ Evin tibb şöbəsi ilə bizim qorumamız altında olan insanların, həmçinin əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək üçün birgə işləyib", - deyə Uilan bildirib.

Xatırladaq ki, ABŞ-ın Məxfi Xidməti hökumət obyektlərinin, Prezidentin, vitse-prezidentin və digər yüksək vəzifəli şəxslərin qorunması, habelə kibercinayətkarlığa qarşı mübarizə ilə məşğuldur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Məxfi-Xidmət  





Xəbər lenti