Belarusda koronavirusa yoluxma sayı 22 mini keçdi

Belarusda koronavirusa yoluxma sayı 22 mini keçdi
  09 May 2020    Oxunub:3476
Belarusda son sutkada koronavirus infeksiyasına 951 yeni yoluxma qeydə alınıb, bununla da ölkədə ümumi yoluxma sayı 22 min 52-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Belarusun Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beş nəfəri son sutka ərzində olmaqla, indiyədək 126 xəstə vəfat edib.

"Bu günədək 22 52 nəfərin testləri müsbət olub. Ölkə üzrə cəmi 251 771 sınaq keçirilib. Koronavirusa yoluxmuş, eyni zamanda bir sıra xroniki xəstəlikləri olan 126 nəfər vəfat edib”, - deyə Səhiyyə Nazirliyinin məlumatında vurğulanıb.

Qeyd olunub ki, COVID-19 diaqnozu qoyulmuş 650 xəstə sağalaraq evə buraxılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Koronavirus  





Xəbər lenti