Zelenski Saakaşvilidən müsbət nəticələr gözləyir

Zelenski Saakaşvilidən müsbət nəticələr gözləyir
  09 May 2020    Oxunub:4132
Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilidən Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri kimi xüsusən biznesin tənzimlənməsi və gömrük islahatları ilə əlaqədar müsbət nəticələr gözlədiyini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

"Saakaşvilinin vəzifəyə təyin edilməsindən iki gün sonra nəticə gözləmirəm, amma bu, yaxın aylarda olmalıdır. Nəticə biznesin tənzimlənməsi və gömrük islahatları ilə əlaqədardır", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Saakaşvili Gürcüstanda prezidentliyi dövründə həqiqətən korrupsiyanı aradan qaldıra və müasir gömrük sistemi yarada bilib: "Onunla bu barədə çox danışmışıq. Dedi ki, prezidentliyi dövründə gömrüyə yeni insanlar qoyub, sonra hamısını qovub. Bir müddət sonra yenilərini təyin edib, onları da qovub. Gömrükdə islahat belə mürəkkəb işdir. İstəyirəm ki, Saakaşvili bu işlə məşğul olsun”.

Ukrayna lideri ikinci məqam kimi Saakaşvilinin bir çox ölkə ilə kifayət qədər güclü investisiya əlaqələrinin olduğunu önə çəkib:

“Batumi inşa edilərkən müxtəlif investorları cəlb olundu, sonra böyük otellər şəbəkəsi qurdular. Onun təcrübəsi var".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti