Qırğızıstanda 232 tibb işçisi koronavirusa yoluxub

Qırğızıstanda 232 tibb işçisi koronavirusa yoluxub
  10 May 2020    Oxunub:4436
Qırğızıstanda koronavirusa 71 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstanda yaradılmış respublika qərargahından bildirilib.

Məlumata görə, ölkədə virusa yoluxanların ümumi sayı 1002 nəfərə çatıb. Onlardan 232 nəfəri tibb işçisdir. İndiyədək 675 nəfər sağalıb, 12 xəstə pandemiyanın qurbanı olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Virus   Qırğızıstan  





Xəbər lenti