Hindistanda “COVİD-19”a yoluxanların sayı 63 minə çatır

Hindistanda “COVİD-19”a yoluxanların sayı 63 minə çatır
  10 May 2020    Oxunub:3681
Hindistanda bir gündə 3200 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 62 min 939 nəfərə çatıb. İndiyədək 19 min 357 xəstə sağalıb. Pandemiya qurbanlarının sayı isə 128 nəfər artaraq 2109 -a yüksəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  





Xəbər lenti