Çexiya karantin rejimindən çıxır

Çexiya karantin rejimindən çıxır
  10 May 2020    Oxunub:3307
Çexiya hökuməti ölkədə mayın 17-də başa çatacaq xüsusi karantin rejimini uzatmağı planlaşdırmır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Andrey Babiş açıqlama verib.

Baş Nazir qeyd edib ki, bununla əlaqədar mayın 11-də Nazirlər Kabinetinin iclası keçiriləcək. Onun sözlərinə görə, epidemioloji vəziyyət pisləşərsə, tezliklə parlament tərəfindən qəbul edilməli olan xüsusi qanun əsasında sosial məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq.

Baş Nazir, həmçinin bildirib ki, hazırda sakinlərin açıq yerlərdə tibbi maska taxmamalarına icazə verilməsinin mümkünlüyü müzakirə edilir. Tənəffüs sistemini koronavirusdan qorumaq üçün tibbi maskalardan yalnız ictimai yerlərdə, mağazalarda və ictimai nəqliyyatda istifadə edilir.

Azvision.az


Teqlər: Çexiya  





Xəbər lenti