Fransada daha 70 nəfər koronavirusdan ölüb

Fransada daha 70 nəfər koronavirusdan ölüb
  11 May 2020    Oxunub:4521
Fransada son sutkada 70 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 26 min 380 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, xəstəxanalarda 16 642, sosial-tibbi müəssisələrdə isə 9738 nəfər virusdan dünyasını dəyişib. Ümumilikdə indiyədək 56 mindən çox xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti