Almaniyada son sutkanın statistikası

  11 May 2020    Oxunub : 2855
Almaniyada son sutkanın statistikası
Almaniyada son sutka ərzində 357 nəfər yeni növ koronavirusa yoluxub, 22 xəstə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox institutu məlumat yayıb.

Epidemiya başlayandan bəri ölkədə 169 min 575 COVID-19-a yoluxma aşkar edilib, 7417 ölüm hadisəsi qeydə alınıb. 145,6 mindən çox xəstə sağalıb.

Ən çox infeksiya Bavariya (44 368), Şimali Reyn-Vestfaliya (35 132) və Baden-Vürttemberq (33190) bölgələrində yayılıb. Berlində isə 6272 nəfərdə virus tapılıb.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-u pandemiya elan edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Almaniya   Koronavirus