Özbəkistanda koronavirusa yoluxma sayı 2453-ə çatdı

Özbəkistanda koronavirusa yoluxma sayı 2453-ə çatdı
  11 May 2020    Oxunub:3788
Özbəkistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 35 nəfər artaraq 2453-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. İndiyə qədər 1856 nəfər virusdan sağalıb, 10 xəstə ölüb.

Aprelin 1-dən etibarən paytaxt Daşkənddə və bölgələrdə özünü təcridetmə rejimi tətbiq edilib, yaşı 65-dən yuxarı olan vətəndaşlara evlərini tərk etmək qadağan olunub. Aprelin 30-dan isə karantin şərtləri nisbətən yumşaldılıb.

Qeyd edək ki, Özbəkistanda ilk yoluxma martın 15-də Fransadan qayıdan qadında aşkar edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Koronavirus  





Xəbər lenti