“Disneyland” 4 aydan sonra açıldı

“Disneyland” 4 aydan sonra açıldı
  11 May 2020    Oxunub:4814
Şanxayda “ Disneyland” əyləncə parkı yenidən ziyarətçilər üçün açılıb.
Azvision.az "Associated Press"ə istinadən xəbər verir ki, əyləncə mərkəzi yanvarın 25-dən koronavirusa görə bağlanmışdı.

İlkin mərhələdə "Disneyland"a yalnız əvvəlcədən sifarişi olanlar buraxılır. Gün ərzində 80 min nəfəri qəbul edən əyləncə parkında indi ziyarətçilərin sayı üçdə iki dəfə məhdudlaşdırılıb. Getdikcə ziyarətçi sayı artırılacaq.

Girişdə müştərilərin temperaturu ölçür, şəxsiyyətlərini təsdiq edən sənəd yoxlanılır. Həmçinin, sosial məsafə tələbi yerinə yetirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: “Disneyland”  





Xəbər lenti