Gürcüstanda son sutkada 3 yoluxma aşkarlandı

Gürcüstanda son sutkada 3 yoluxma aşkarlandı
  11 May 2020    Oxunub:4747
Gürcüstanda son sutkada 3 koronavirusa yoluxma halı qeydə alınıb, bununla da ümumi aşkar edilmiş yoluxma sayı 638-ə çatıb.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, xəstəlikdən sağalanların sayı 317 nəfərdir. Ölüm sayı isə dəyişməz olaraq qalır - pandemiya başlayandan bəri on xəstə vəfat edib.

Hazırda 4966 nəfər karantində, 444 nəfər isə xəstəxanalarda saxlanılır.

Gürcüstanda ilk koronavirus infeksiyası fevralın 26-da qeydə alınıb. Mart ayının sonunda ölkə hakimiyyəti infeksiyanın yayılması təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edib. Xüsusi rejim mayın 22-dək uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti