Ukraynada daha 416 nəfərdə koronavirus tapıldı

Ukraynada daha 416 nəfərdə koronavirus tapıldı
  11 May 2020    Oxunub:4360
Ukraynada son sutkada 416 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə ümumi yoluxma sayı 15 min 648-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saatda 17 nəfər olmaqla, indiyədək 408 xəstə pandemiyanın qurbanı olub. Sutka ərzində 228 nəfər sağalaraq evə buraxılıb.

Paytaxt Kiyevdə 66 yeni yoluxma faktı təsdiqlənib, lakin ölüm və ya sağalma qeydə alınmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti