Rusiyada koronavirusa yoluxanların sayı 221 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 221 mini keçdi
  11 May 2020    Oxunub:4292
Rusiyada son sutkada 11 min 656 nəfər koronavirusa yoluxub, ölkədə ümumi yoluxma sayı 221 min 344-ə yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yoluxma halları 85 bölgədə qeydə alınıb.

Son 24 saat ərzində 94 nəfər ölüb. Xəstəlikdən vəfat edənlərin ümumi sayı 2009 nəfərdir. İndiyə kimi 39 min 801 nəfər (5495 son sutkada) sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti