Yaponiya COVİD-19 vaksininin sınaqlarına başlayır

Yaponiya COVİD-19 vaksininin sınaqlarına başlayır
  11 May 2020    Oxunub:3922
Yaponiya iyul ayından etibarən yeni növ koronavirus əleyhinə vaksinin klinik sınaqlarına başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Şinzo Abe bildirib.

Onun sözlərinə görə, bu istiqamətədə Tokio Universiteti, Osaka Universiteti və Milli İnfeksion Xəstəliklər İnstitutu araşdırmalarını davam etdirir: "Vaksinin klinik sınaqlarına iyul ayından başlayacağımıza ümid edirəm. Bundan başqa, dünyada da bu istiqamətdə işlər davam edir. Düşünürəm ki, tezliklə vaksin hazır olacaq. Eyni zamanda "Avigan" adlı dərmanın COVİD-19-un müalicəsində istifadəsinə bu ayın sonundan etibarən icazə veriləcək".

Qeyd edək ki, hələlik vaksini və ya bəlli bir müalicə üsulu olmayan COVİD-19 yoluxmaları zamanı yalnız təxirəsalınmaz hallarda bəzi güclü təsirə malik dərmanların istifadəsinə icazə verilir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Yaponiya   Koronavirus   Covid-19   Vaksin  





Xəbər lenti