“Rəqs edən milyonçu” 52 yaşında ata olacaq

  11 May 2020    Oxunub : 3169
“Rəqs edən milyonçu” 52 yaşında ata olacaq
“Rəqs edən milyonçu” adı ilə tanınan 52 yaşlı italyan biznesmen Canluka Vakki ilk dəfə ata olacaq.
Azvision.az xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində məlumat paylaşıb.

Biznesmen 27 yaşlı sevgilisi Şeron Fonseka ilə birgə çəkilmiş fotosunu yararaq tezliklə övladının dünyaya gələcəyini deyib.

"Şaronun tezliklə ana olacağı xəbərini sizlərlə bölüşməkdən məmnunam. Hər zaman bunu arzulamışam”, - deyə iş adamı bildirib.

Xatırladaq ki, uzun müddət onun modellər, televiziya aparıcıları və Hollivud ulduzları ilə sevgi münasibətləri olub. Həmçinin, Mişel Rodriqes və Lindsi Lohanla da eşq macəraları barədə xəbərlər yayılıb. Lakin o, hazırda birlikdə yaşadığı Foneskanın tamamilə fərqli olduğunu vurğulayıb.

Üç il əvvəl Bakıda səfərdə olan Canluka Vakki maraqlı rəqsləri ilə "rəqs edən milyonçu" ləqəbini alıb.

Azvision.az

Teqlər: Biznesmen   Milyonçu