İspaniyada koronavirus 26 744 nəfəri öldürüb

İspaniyada koronavirus 26 744 nəfəri öldürüb
  11 May 2020    Oxunub:3889
İspaniyada son sutka ərzində 123 nəfər koronavirusdan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son 24 saatda 373 yeni yoluxma faktı qeydə alınıb. İndiyə kimi 26 744 xəstə dünyasını dəyişib.

Ölkə üzrə ümumi yoluxma sayı 227 mini, sağalanların sayı isə 137 mini ötüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ispaniya   Koronavirus  





Xəbər lenti