Belarusda koronavirusa yoluxma sayı 24 minə yaxınlaşır

Belarusda koronavirusa yoluxma sayı 24 minə yaxınlaşır
  11 May 2020    Oxunub:3841
Belarusda son sutkada 933 nəfər koronavirusa yoluxub, ümumi təsdiqlənmiş yoluxma hallarının sayı 23 min 906-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son 24 saatda daha 4 xəstə ölüb, bununla da pandemiya qurbanlarının sayı 135 olub. İndiyə kimi 6531 xəstə koronavirusdan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Koronavirus  





Xəbər lenti