İranda COVİD-19-dan ölənlərin sayı 6685 oldu

 İranda COVİD-19-dan ölənlərin sayı 6685 oldu
  11 May 2020    Oxunub:5002
İranda son sutkada koronavirusdan ölənlərin sayı 45 nəfər artaraq 6685-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 1683 yeni yoluxma qeydə alınıb. Ümumi yoluxma sayı 109 min 286 nəfərdir. İndiyədək 87 min 422 xəstə koronavirusa qalib gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  






Xəbər lenti