Səudiyyə ƏDV-ni 3 dəfə artırdı, aylıq ödənişləri dayandırdı

  11 May 2020    Oxunub : 3096
Səudiyyə ƏDV-ni 3 dəfə artırdı, aylıq ödənişləri dayandırdı
Səudiyyə Ərəbistanı pandemiyadan və neft qiymətlərinin aşağı düşməsindən zərər görən iqtisadiyyatını bərpa etmək üçün əlavə dəyər vergisini (ƏDV) 3 dəfə artırIR.
Azvision.az xəbər verir ki, bu barədə Krallığın maliyyə naziri Məhəmməd əl Jadan məlumat verib.

Onun sözlərinə görə, qərar iyulun 1-də qüvvəyə minəcək: "Bu tədbirlər koronavirus böhranından mümkün olan ən az zərərlə yan keçmək, uzun perspektivdə maliyyə və iqtisadi dayanıqlılığı təmin etmək üçün lazımlıdır. İyulun 1-dən etibarən əlavə dəyər vergisi 5 faizdən, 15 faizə qaldırılacaq. Həmçinin dövlətdən maaş alan 1.5 milyon vətəndaşa ödənilən 1000 rial (267 dollar) aylıq ödənişlər də dayandırılacaq".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının ilin ilk 3 ayında neftdən gələn gəlirləri 24 faiz azalaraq, 34 milyard dollar olub.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Səudiyyə   Koronavirus   ƏDV