Nalbandyan aprel döyüşlərinə görə dindiriləcək

Nalbandyan aprel döyüşlərinə görə dindiriləcək
  11 May 2020    Oxunub:4623
Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan 2016-cı ildəki aprel döyüşlərini araşdırmaq üçün yaradılmış parlament komissiyasının iclasında dindiriləcək.

Azvision.az erməni KİV-ə istinadla xəbər verir ki, bu barədə komissiyanın rəhbəri Andranik Koçaryan deyib. Onun sözlərinə görə, artıq Nalbandyana məktub göndərilib.
“Nalbandyan Moskvadadır, orada çox yaxşı elit mənzili var. İndi Moskva vilayətində öz “daçasında” yaşayır. Deyirlər ki, çox təhlükəsizdir”, - Koçaryan əlavə edib.

Sabiq nazirə dəvət Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan vasitəsilə göndərilib. Ona 18-25 may tarixləri arasında iclasda iştirak etmək təklif olunub.

Qeyd edək ki, bu gün komissiyanın iclasında sabiq baş nazir Karen Karapetyan iştirak edib. Siyahıda digər baş nazir Ovik Abrahamyan da var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aprel-Döyüşü  





Xəbər lenti