Koronavirusa yoluxan Baş Nazir xəstəxanada işini davam etdirir

Koronavirusa yoluxan Baş Nazir xəstəxanada işini davam etdirir
  11 May 2020    Oxunub:4117
Bu il aprelin sonunda COVID-19 diaqnozu qoyulan Rusiyanın Baş Naziri Mixail Mişustin xəstəxanada müalicəsini davam etdirir.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş Nazirin mətbuat katibi Boris Belyakov bildirib.

Onun sözlərinə görə, həkimlər Mişustinin sağlıq durumunda müsbət tendensiyanın olduğunu qeyd ediblər.

Belyakov, həmçinin vurğulayıb ki, hökumət başçısı məsafədən işləməyə davam edir: “Həmkarları ilə videokonfrans və telefon vasitəsilə görüşlər keçirir. Prezidentlə daim təmasdadır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Baş-Nazir   Koronavirus  





Xəbər lenti