Koronavirusa qarşı peyvəndin nə vaxt hazır olacağı açıqlandı

Koronavirusa qarşı peyvəndin nə vaxt hazır olacağı açıqlandı
  11 May 2020    Oxunub:4587
Yeni növ koronavirusa qarşı peyvənd 2021-ci ilin ortalarından tez hazır olmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın təhsil və tədqiqat naziri Anna Karliçek deyib. Onun sözlərinə görə, effektiv peyvənd normal vəziyyətə qayıtmağın açarıdır, buna görə də Almaniya peyvənd yaradılması istiqamətindəki milli və beynəlxalq səyləri dəstəkləyir.

“Möcüzə gözləmək lazım deyil, realist olmaq və mümkün uğursuzluqlara hazır olmaq vacibdir. Əvvəlki kimi peyvəndin 2021-ci ildən tez əldə edilməyəcəyini düşünürük. Nəzərə almaq lazımdır ki, peyvənd bütün gözləntilərimizi doğrultmayacaq, yalnız ağır hallarda kömək edəcək”, - deyə nazir vurğulayıb.

O əlavə edib ki, peyvəndin inkişafına dəstək üçün hökumət təxminən 750 milyon avro vəsait ayırıb.

Bu günə olan son məlumata görə, Almaniyada 169 min yoluxma qeydə alınıb, 7,4 min xəstə ölüb, 145 minə yaxın insan koronavirusdan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Peyvənd  





Xəbər lenti