Rusiyada sabahdan qeyri-iş günləri başa çatır

Rusiyada sabahdan qeyri-iş günləri başa çatır
  11 May 2020    Oxunub:4987
Rusiyada mayın 12-də həm vətəndaşlar, həm də iqtisadiyyat üçün vahid qeyri-iş günü başa çatır.
Azvision.az xəbər verir ki, bu barədə Prezident Vladimir Putin videokonfrans zamanı deyib.

Onun sözlərinə görə, görülən tədbirlər məhdudiyyətlərin tədricən yüngülləşməyə doğru irəliləməsinə imkan verir.

Putin koronavirus epidemiyasından tezliklə qurtulmağın mümkün olmayacağını deyib və bütün sanitariya tələblərinin qorunmasının vacibliyini önə çəkib. O əlavə edib ki, kütləvi tədbirlərə qadağa hələ də qalmaqdadır.

Özünü təcrid rejimi 65 yaşdan yuxarı insanlar və xroniki xəstəlikləri olanlar üçün qüvvədədir.

"Evdə qalmağın nə qədər çətin olduğunu başa düşürəm, amma indi yenə də səbr etməlisiniz. Bunlar boş sözlər deyil, həyati vacib məsələdir. Məhdudiyyət rejimi hələ də mövcuddur, çünki biz sizə görə narahatıq və təhlükəni aradan qaldırmaq üçün bunu edirik”, - deyə Putin vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti