Türkiyədə yenidən küçəyə çıxmaq qadağan edilir

Türkiyədə yenidən küçəyə çıxmaq qadağan edilir
  12 May 2020    Oxunub:6465
Türkiyədə mayın 16-dan etibarən növbəti dəfə 4 gün evdən çıxmaq məhdudiyyəti tətbiq olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, bəzi qadağaların aradan qaldırılması heç kəsi arxayınlaşdırmamalı, kütləvi toplaşma qadağası, sosial məsafə və təmizlik kimi tələbələrə əməl edilməlidir.

Bundan əlavə, Türkiyə Prezidentinin sözlərinə görə, ölkənin 9 vilayətinə giriş-çıxış qadağası ləğv olunur.

Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti