Pandemiya qurbanlarının sayı 287 mini ötüb

  12 May 2020    Oxunub : 2022
Pandemiya qurbanlarının sayı 287 mini ötüb
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 256 min 76 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 287 min 336 nəfərdir. İndiyədək 1 milyon 527 min 568 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Statistika